"Qarabağ" getdi

"Qarabağ" getdi
Futbol
06 Yanvar 2019 - 11:19
"Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya yollanıb.

Supersport.Az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, "Qarabağ" bu gün Türkiyəyə yola düşüb.

Azərbaycan çempionu  Antalyada yanvarın 12-də Rumıniyanın "Botoşani", yanvarın 16-da Özbəkistanın "Paxtakor", yanvarın 19-da Çexiyanın "Bohemians", yanvarın 23-də Polşanın "Pyast" və yanvarın 26-da Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq.

Yanvarın 27-də isə "Qarabağ" Bakıya dönərək, fevralın 3-də baş tutacaq "Neftçi"ylə matçın hazırlıqlarını burda davam etdirəcək.

Digər xəbərlər