Tanınmış idmançılarımız dopinqə qarşı - Şəkillər

Tanınmış idmançılarımız dopinqə qarşı - Şəkillər
Digər, Foto, Dopinq
29 Dekabr 2018 - 21:33
Azərbaycan Milli Antidopinq Agentliyi idmançıların antidopinq sahəsi üzrə maarifləndirmə prosesində fəal işitrakı barədə təşəbbüs irəli sürmüşdü. Bununla bağlı AMADA rəhbərliyi idman ictimaiyyətinin nümayəndələri, müxtəlif idman növləri üzrə ölkəmizi beynəlxalq yarışlarda təmsil etmiş tanınmış idmançılarla görüş keçirib.

Supersport.Az-ın məlumatına görə, idmançılar arasında İlham Zəkiyev, Hacı Əliyev, Orxan Səfərov, Fəridə Əliyeva, Siana Vasileva, Zəkiyyə Həsənova, Məhəmməd Məmmədov, Fəxriyyə Tağızadə, Səid Quliyev, Kamran Şahsuvarlı, Ruslan Abışov və Məryəm İmanova olublar. İdmançıların AMADA-nın peşəkar idman ictimaiyyəti üçün təhsil seminarları və təşviq  fəaliyyətlərinə qatılması, gənc idmançılar üçün master-klassların keçirilməsi və AMADA-ya dopinqin təhlükələri barədə ictimaiyyətin məlumatlandırılmasında kömək edilməsi nəzərdə tutulub. Layihə iki mərhələli olacaq. Birinci mərhələ təhsil proqramlarının birgə hazırlanması, ikinci mərhələ isə qeyd edilən idmançıların antidopinq seminarlarında və treninqlərində fəal iştirakından ibarətdir.

Digər xəbərlər