Avropada ilin idmançısı Modriçlə Hamiltonu geridə qoydu

Digər, Foto
28 Dekabr 2018 - 00:01
Supersport.Az-ın məlumatına görə, Avropda ilin idmançısı tennisçi Novak Cokoviç seçilib.
Serb idmançı, Xorvatiya yığmasında Dünya Kubokunun finalında oynayan, "Ballon d'Or" mükafatının sahibi, Çempionlar Liqası qalibi "Real Madrid"in futbolçusu Luka Modriçlə Formula 1 çempionu Luis Hamiltonu geridə qoyub.
Polşa Xəbər Agentliyinin (PAP) 61-ci dəfə 23 agentlik arasında keçirdiyi sorğuya əsasən, Cokoviç 143 səs toplayaraq qitə birincisi olub.
31 yaşlı tennisçi 2011, 2015-ci illərdən sonra üçüncü dəfə bu uğuru qazanıb.
"Formula 1" pilotu Luis Hamilton 114 səslə 3-cü yerlə kifayətlənib. İngilis idmançı karyerasında beşqat çempiondur və ötən il sorğuda qalib olub.