"Keşlə" 4 futbolçunu yola saldı

"Keşlə" 4 futbolçunu yola saldı
Futbol
22 Dekabr 2018 - 15:16
Supersport.Az-ın məlumatına görə, "Keşlə" 4 futbolçu ilə yollarını ayırıb.

Ebrima Sohna, Bahodir Nəsimov və Georgios Georgiadis arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Bundan başqa, Herve Tçami ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bu haqda klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, Sohna və Tçami bu ilin qışında, Nasimovla Georgiadis isə bu mövsümün əvvəlində "Keşlə"yə transfer olunmuşdu.

Digər xəbərlər