Dünya Kubokunda azarkeş rekordu

Dünya Kubokunda azarkeş rekordu
Futbol
21 Dekabr 2018 - 19:20
Yayda Rusiyada keçirilən dünya çempionatını dünya əhalisinin yarısından çoxu izləyib.

Supersport.Az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Dünyanın bütün ölkələrində yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçı ekran qarşısından baxıb. 3,04 milyard insan dünya çempionatının bütün matçlarını ən azı 3 dəqiqə izləyib ki, bu da rekord göstəricidir.

Fransa və Xorvatiya arasında keçirilən final matçını isə 1.12 milyard insan seyr edib.

Xatırladaq ki, finalda 4:2 hesabı ilə qələbə qazanan fransızlar dünya çempionatının qalibi olub.




Digər xəbərlər