Hərçəqani Çində ilin son medalını qazandı

Hərçəqani Çində ilin son medalını qazandı
Digər, Taekvondo
17 Dekabr 2018 - 00:02
Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasında təşkil olunan “Grand slam” seriyaları başa çatdı. Supersport.Az xəbər verir ki, Olimpiya çəki dərəcələrində keçirilən turnirdə millimizin iki üzvü mübarizə aparıb.
+80 kq çəki dərəcəsində turnirə qatılan Radik İsaev ilk döyüşündə məğlub olsa da komanda yoldaşı Milad Beigi Hərçəqani (-80 kq) yarımfinala kimi irəliləməyi bacarıb.

Belə ki, dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad, rəqibləri britaniyalı Damon Sansuma, çinli Jiannan Huanga qalib gəlsə də koreya təmsilçisi Huan Namgonga məğlub olub. Bürünc medal uğrunda isə çin taekvondoçusu Linglong Çenə şans verməyərək yarışı üçüncü pillədə başa vurub.

Digər xəbərlər