Halldorssona Londonda maraqlı dəstək - Foto

Halldorssona Londonda maraqlı dəstək - Foto
Futbol, Foto
14 Dekabr 2018 - 17:11
"Qarabağ"ın qapıçısı Hannes Halldorsson Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la səfər oyununda həmvətənliləri tərəfindən dəstəklənib.

Supersport.Az xəbər verir ki, bir qrup islandiyalı azarkeş 34 yaşlı qolkiperin forması ilə oyunu izləyib.

Halldorsson  isə oyunun ardından həmyerliləri ilə xatirə şəkli çəkdirərək sosial şəbəkə hesabından paylaşıb.

Digər xəbərlər