Olimpiya çempionumuz 3-cü oldu

Olimpiya çempionumuz 3-cü oldu
Digər, Güləş
10 Dekabr 2018 - 15:06
Supersport.Az-ın məlumatına görə, Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans" turniri keçirilib. Yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil edib. Aslenbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib. Digər təmsilçilərimizə gəlincə, Xatiyev 1/8 finalda mübarizəni dayandırıbsa, Şərifov bürünc medal qazanaraq, 1000 dollar pul mükafatına sahib çıxıb.

Digər xəbərlər