Mariya Stadnik – 30!

Mariya Stadnik – 30!
Digər, Güləş
03 Dekabr 2018 - 16:11



Bu gün Azərbaycan idmanının canlı əfsanəsi Mariya Stadnik yubileyini qeyd edir. Supersport.Az saytı xəbər verir ki, y Avropada rəqib tanımayan, dünyada isə yalnız yaponlara yenilkən 30 yaşlı güləşçi dünya çempionu (2009), 7-qat Avropa (2008, 2009, 2011, 2014, 2016, 2017, 2018), Avropa (2015) və İslam oyunlarının (2017) qalibidir.

Dünyanın ən güclülərinin yarışında daha 5 dəfə fəxri kürsüyə yüksələn Mariya, 3 dəfə olimpiya mükafatçısı (2008, 2012, 2016) olan 2 idmançımızdan biridir.

Onun zəngin medal kolleksiyasında yalnız “dördilliy”in qızıl medalı çatmır. Hədəf, istək və başlıca məqsəd Tokio-2020-nin qalibi olmaqla karyerasını zirvədə başa vurmasıdır.



Digər xəbərlər