Elxan Məmmədov: "AFFA rəhbərliyi istefa verməyi düşünmür" - Video

Elxan Məmmədov: "AFFA rəhbərliyi istefa verməyi düşünmür" - Video
Futbol, Eksklüziv, Video
09 Dekabr 2018 - 22:04
Supersport.Az-ın məlumatına görə, AFFA baş katibi Elxan Məmmədova çoxlarını maraqlandıran sual ünvanlanıb.

Qurum rəsmisi, rəhbərliyin istefa vermək fikrində olmadığını bildirib.

- 10 ildi postunuzdasız. Uğursuzluqlar olduqca baş məşqçilər dəyişdirilir. Eyni zamanda futbolumuzda kifayət qədər digər problemlər də var. Mümkün deyil ki, bu qədər uğursuzluqda AFFA-nın strukturunun, futbolu idarə edən şəxslərin günahı olmasın. Ancaq nədənsə bugünə kimi federasiyada hər hansı istefa, dəyişiklik müzakirə olunmur. Absurddur ki, futbolda bu qədər problem olsun, amma idarəçilərdə heç bir problem, günah yoxdur...


- Bu, sizin şəxsi fikrinizdir. Absurd sizin üçün görünə bilər, futbol ictimaiyyətində belə bir fikir səsləndirilməyib.


- Sosial şəbəkələrdə də hər kəs sizi günahkar görür...

- Sosial şəbəkələri əsas götürə bilmərik. Geniş futbol ictimaiyyəti var, AFFA-nın üzvləri var, dolayı üzvləri var və s.


Digər xəbərlər