Ramil islandiyalı futbolçuya hücum çəkdi - Video

Ramil islandiyalı futbolçuya hücum çəkdi - Video
Futbol, Video
09 Dekabr 2018 - 12:24
Milli komandamızın futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" klubu Rusiya Premyer Liqasının XVII turu çərçivəsində öz meydanında "Rostov"u qəbul edib.

Supersport.Az xəbər verir ki, Samara təmsilçisi 1-0 hesabı ilə qalib gəlib.

Millimizin üzvü rəqib komandanın müdafiəçisi Raqnar Siqurdssona hücum çəkdiyi üçün rəsmi xəbərdarlıq alıb. İslandiyalı futbolçu bilərəkdən topla topdaşıyan uşağı vurub. Bundan sonra Siqurdssonun üstünə qaçan Ramil ona sərt şəkildə etirazını bildirib və rəqib futbolçunu itələyib. Komanda yoldaşları azərbaycanlı hücumçunu çox çətinliklə sakitləşdirə biliblər. Nəticədə görüşün baş hakimi Siqurdssona qırmızı, Şeydayevə isə sarı vərəqə göstərib.

Qeyd edək ki, Ramil 80-ci dəqiqədə meydana daxil olub və 2 dəqiqə sonra cəzalandırılıb.

Digər xəbərlər