Ramil Quliyev: "Bu il 30 dəfə dopinq yoxlamasından keçmişəm"

Ramil Quliyev: "Bu il 30 dəfə dopinq yoxlamasından keçmişəm"
Atletika, Digər
29 Noyabr 2018 - 15:56
Supersport.Az-ın məlumatına görə, dünya və Avropa çempionu Ramil Quliyev 21 günlük pullu hərbi xidmət müddətində iki dəfə dopinq yoxlamasından keçirilib.

Türkiyəyə uğurla qazandıran azərbaycanlı tanınmış atlet, əsgərliyini əla keçdiyini, gözəl hisslər keçirdiyini bildirib.

"Hərbi xidmətlə idman bir az bənzərdir. Hər ikisində ekstradan nəsə edə bilmirsən. Çünki vaxt olmur. Ancaq əsgərlikdə olmaq çox gözəldir, mənim üçün sıxıcı olmadı".

Ramil, peşəkar idmançıların dopinqə məsələsində xüsusilə diqqətli olmasının vacibliyini, WADA-nın bununla bağlı sərt cəzalarının olduğunu qeyd edib.

Atlet deyib ki, olimpiya idmançıları istənilən vaxt dopinq nəzarətindən keçirilə bilər:

"2012 və 2013-cü illərdə dopinqdə ilişən idmançılardan sonra çox böyük dəyişiklik oldu. Hazırda qadağan olunmuş preparatdan istifadə edib, gizlətmək mümkün deyil. Bunu etsən, idman karyerana son qoyulacaq. Bu səbəbdən çox diqqətli olmaq lazımdır. Sadəcə, dopinq dərmanlarından imtina etməklə iş bitmir. Hər zaman yeməyinə də qata bilərlər, bilmədən nəsə yeyə bilərsən. Bu il 20-30 dəfə dopinq yoxlamasından keçmişəm. Hər yarışda nümunə alıblar. Kənarda da bir neçə dəfə təlim-məşq mərkəzlərinə gəliblər. Hətta evə də gəlirlər. Əsgərlikdə olduğum müddətdə belə nəzarət davam etdi. 21 gündə iki dəfə hərbi xidmət yerinə gələrək, dopinq üçün nümunə götürdülər" (AA).

 

Digər xəbərlər