İdmançılara "İslam dini və müasir gənclik" seminarı - Yazı-Şəkillər

İdmançılara "İslam dini və müasir gənclik" seminarı - Yazı-Şəkillər
Digər, Foto
23 Noyabr 2018 - 23:14
Supersport.Az-ın məlumatına görə, bu gün Təhsil Nazirliyinin "Təhsil" idman mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "İslam dini və müasir gənclik" mövzusunda seminar keçirilib.

Bakı şəhərinin 3 saylı uşaq yaradıcılıq mərkəzinin akt zalında baş tutan tədbirdə 100-ə yaxın pedaqogi işçi və idmançı iştirak edib.

Ölkəmizdə bədən tərbiyəsinə göstərilən böyük qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub.

İdman dövlətin aparıcı sahələrindən olsa da, son dövr dini mövzular əhəmiyyətini artırıb. Dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.

Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin qorunmasına həssas olan 2 nömrəli RİOEUGİM, gənc idmançıların İslam dini mövzusunda maarifləndirilməsini də diqqətdə saxlayır. Məktəbin direktoru Əjdər Cəfərov bildirib ki, tədbirin keçirilməsində məqsəd öz milli və dini tolerantlığı ilə ad çıxaran ölkəmizin həmişə tamam fərqli mövqedə olması, bütün dini etiqadları və etnik azlıqları təşviq etməsi, əsrlərin sınağından süzülüb-gələn İslam ənənələrinin mühafizəsinə layiqli töhfə vermək, idmançıları bu sahədə düzgün tərbiyələndirməkdir. Mütəxəssis, ölkəmizin Bakı-2017 İslam həmrəyliyi oyunlarına ev sahibliyi ilə bu iki sahənin ayrılmaz vəhdətini təşkil etməsini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Vəlizadənin sözlərinə görə, müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların vətəni olan Azərbaycanda mövcud olan multikultural və toleratlıq ənənələri günümüzə qədər davam edir. Bu gün resbulikamızda dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər.

Dini qurumların aparıcı məsləhətçisi idmançıların vətən, dövlət, həmçinin millətə sadiq olmasının vacibliyini qeyd edib və onlara olimpiya çempionluğu arzulayıb.

"Əməkdar bədən tərbiyəsi və idman xadimi", professor Cavanşir Qurbanov çıxışında qeyd edib ki, din haqqında məlumatsızlıq və onun düzgün təqdim edilməməsi radikalizmin yaranmasına şərait yaradır. O, bildirib ki, ölkəmizdə hökm sürən dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdid olan dini radikalizmlə geniş mübarizə aparılır. Professor hesab edir ki, bu mücadilənin ən önəmli metodlarından biri də dini maarifləndirmə işinin təşkilidir. Dini maarifləndirmə işində gənclərin rolunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir.



 

Digər xəbərlər