Kamran Ağayev millidən kənarlaşdırıldı

Kamran Ağayev millidən kənarlaşdırıldı
Futbol
18 Noyabr 2018 - 18:45
Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin ("Keşlə") əvəzinə millinin heyətinə "Qarabağ" klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub. Məlumatı AFFA-nın saytı yayıb.

Digər xəbərlər