Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı
Futbol
17 Noyabr 2018 - 17:36
Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya qarşı keçirəcəyi səfər matçının hakimləri müəyyənləşib.

Supersport.Az xəbər verir ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Benua Miyo olacaq. Ona yan xətt hakimləri Medi Ramuni və Bertran Juannu kömək edəcəklər.

Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördünücü hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, noyabrın 20-də Priştinadakı "Fadil Vokkri” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər xəbərlər