Azad Rəhimovun əsas məqsədi: təmiz idman, ədalətli oyunlar

Azad Rəhimovun əsas məqsədi: təmiz idman, ədalətli oyunlar
Digər
15 Noyabr 2018 - 21:34
"WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi qurumun qısa müddətdə anti-dopinq sahəsində Azərbaycanda görülən işlərdən razı qalmasının göstəricisidir".

Supersport.Az xəbər verir ki, jurnalistlərə açıqlamasında Bakıda keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclasında iştirak edən gənclər və idman naziri Azad Rəhimov belə deyib.

Nazir bildirib ki, tədbir çərçivəsində idman ictimaiyyətinin tanınmış simaları Bakıda səfərdədirlər.

"İnanırıq ki, burada qaldırılacaq məsələlər gələcək üçün çox vacib olacaq. Bildiyiniz kimi, idmançılarla bağlı böyük mübahisələr olur. Bizim əsas məqsədimiz təmiz idman, ədalətli oyunlardır. Ona görə də konfransın bu işlərdə rolunun çox böyük olacağını düşünürük".

Digər xəbərlər