Nazim Süleymanovdan istefa qərarı

Nazim Süleymanovdan istefa qərarı
Futbol
12 Noyabr 2018 - 14:13
"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov vəzifəsindən ayrılıb.

Supersport.Az-ın məlumatına görə, klubun saytında deyilir ki, o, səhhəti ilə əlaqədar olaraq müqaviləsinə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib.


N.Süleymanovun ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib, onunla bağlanmış müqaviləyə xitam verilib.

Qeyd edək ki, N.Süleymanov mövsümün əvvəlindən "Sumqayıt"ı çalışdırırdı.

Digər xəbərlər