Nicat Şıxəlizadə üçüncü oldu

Digər, Cüdo
11 Noyabr 2018 - 00:07
Supersport.Az-ın məlumatına görə, Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə Qran Pri yarışının ilk günündə təmsilçimiz Nicat Şıxəlizadə bürünc medal qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Nicat, 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.Qeyd edək ki, Özbəkistan Qran Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.