Bir samboçumuz ermənini məğlub etdi, biri gümüş medal qazandı

Bir samboçumuz ermənini məğlub etdi, biri gümüş medal qazandı
Digər, Sambo
10 Noyabr 2018 - 19:31
Supersport.Az-a daxil olan xəbərə görə, Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatının ilk günü Azərbaycan milli komandası bir medal qazanıb. 

Emil Həsənov (68 kq) finalda qazaxıstanlı Nurbol Serikovla qarşılaşmada məğlub olaraq gümüş mükafatla kifayətlənib.

"Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov (82 kq) da dünya çempionatına uğurla start verib.

Döyüş sambosunda çıxış edən idmançımız qarşılaşmada Ermənistan samboçusu Davit Petrosyana qalib gəliərək 1/4 finala vəsiqə qazanıb.

Mötəbər yarışda 80 ölkədən 750 atlet mübarizə aparır.

Digər xəbərlər