Qurban Qurbanov: "Bunu sübut etdik"

Qurban Qurbanov: "Bunu sübut etdik"
Futbol
09 Noyabr 2018 - 03:06
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə "Vorskla"ya 1:0 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında qələbəni şərh edib.

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. "Vorskla"ya uğurlar arzulayıram. Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq".

Digər xəbərlər