Qurban Qurbanov qolkiperi cəzalandırdı

Qurban Qurbanov qolkiperi cəzalandırdı
Futbol
08 Noyabr 2018 - 23:00
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda saat 00:00-da başlayacaq “Vorskla” – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov start heyətdə dəyişiklik edib. Mütəxəssis Ukrayna klubuyla Bakıdakı oyunda kobud səhv edən 32 yaşlı Vaqner da Silvanı Hannes Halldorssonla əvəz edib. Baş məşqçi hətta braziliyalı qolkiperi 18-liyə salmayıb. 

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Vorskla": 1.Boqdan Şust, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 10.Vladislav Kulaç, 11.Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoeç, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebenok

Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Serqiyçuk, 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakiv, 44. Ardin Dalku,

"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev,  14. Rəşad Sadıqov, (k), 52 Jakub Jezniçak, 77. Donald Gerye, 17. Abdullah Zubir, 6 Simeon Slavchev,  28. Con Delarj,8. Míchel 9 Araz Abdullayev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Digər xəbərlər