"Ronaldo qolu elə asan vurur, sanki su içir"

"Ronaldo qolu elə asan vurur, sanki su içir"
Futbol
07 Noyabr 2018 - 17:21
Çempionlar Liqasının qrup mərhələsində "Mançester Yunayted"in futbolçusu Pol Poqba "Yuventus"la keçiriləcək oyun ərəfəsində rəqibin hücumçusu Kriştiano Ronaldo haqda müsbət fikir bildirib.

Supersport.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdaiəçi onun haqqında belə deyib:

"Yuventus" düzgün seçim etdi. Belə oyunçular həmişə komandanı gücləndirir. Ronaldo, Messi və Neymar kimi səviyyəli oyunçularla oynamaq insana başqa bir zövq verir.

Ronaldo yeni komandasında xoşbəxtdir. "Yuventus"un bəxti gətirib ki, belə futbolçuya sahib olub. Ronaldo qolu elə asan vurur, sanki su içir".

33 yaşlı portuqaliyalı futbolçu, İtaliya klubuyla keçirdiyi 13 oyunda 7 qol vurub, 6 effektli ötürmə verib.

Qeyd edək ki, bu gecə keçiriləcək "Yuventus" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Digər xəbərlər