UEFA-dan Çakıra təyinat

UEFA-dan Çakıra təyinat
Futbol
05 Noyabr 2018 - 15:27
Türkiyəli FİFA referisi Cüneyt Çakıra UEFA-dan növbəti təyinat gəlib.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli hakim Çempionlar Liqasının G qrupunun 4-cü turunda keçiriləcək SSKA (Rusiya) – "Roma" (İtaliya) matçını idarə edəcək.

Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və Barış Şimşək olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək SSKA – "Roma" oyunu  Bakı vaxtı ilə saat 21:50-də start götürəcək.

Digər xəbərlər