Elvin Mürsəliyev 7-ci oldu / Video

Elvin Mürsəliyev 7-ci oldu / Video
Digər, Güləş, Video
28 Oktyabr 2018 - 18:56


 Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona çatıb.





Supersport.Az xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.
Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün güləşçimiz oktyabrın 28-də təsəlliverici görüşə çıxacaq. Rəqib ötən ilin dünya çempionu Viktor Nemets olub. Hakimlərin mübahisəli qərarları nəticəsində təmsilçimiz məğlub olub və dünya çempionatını 7-ci yerdə bitirib.
Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.



Digər xəbərlər