Eldəniz Əzizli dünya çempionu oldu

Eldəniz Əzizli dünya çempionu oldu
Digər, Güləş
26 Oktyabr 2018 - 20:48
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Supersport.Az-ın məlumatına görə, Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib. Həmvətənimiz çinli rəqibinə də ilk hissədə qalib gəlib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. Əzizlinin qarşısını Gürcüstan pəhləvanı da kəsə bilməyib. Pəhləvanımızın final görüşündə Qırğızıstan təmsilçisinə elə ilk hissədə gücünü göstərən Eldəniz dünya çempionu olub. Bu, Əzizlinin karyerasında ilk dünya çempionluğudur. Təbriklər, Eldəniz! Uğurlarının ardı gəlsin!

Taleh Məmmədov təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarından da güclü olub. Ancaq Taleh 1/4 finalda gənclərin son dünya çempionatında gümüş medal qazanmış misirli rəqibinə uduzub.

Dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. Rəsul 1/4 finalda prinsipial rəqibi olan iranlı güləşçini də üstələyib və yarımfinala yüksəlib. Finalın bir addımlığında ikiqat dünya çempionu olmuş alman güləşçiylə bacarmayan Rəsul bu gün bürünc medal görüşünə çıxacaq.

Rafiq Hüseynov da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub. Amma Rafiq 1/4 finalda iranlı rəqibinə uduzub.

55 kq

FİNAL Eldəniz Əzizli - Jolaman Şarşenbekov (KGZ) 10:0
1/2 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) 6:3
1/4 final - Eldəniz Əzizli - Şota Tanokura (JPN) 9:0
1/8 final - Eldəniz Əzizli - Liquo Çao (CHN) 9:0
Təsnifat - Eldəniz Əzizli - Jozef Andrasi (HUN) 9:0

63 kq

1/4 final - Taleh Məmmədov - Həsən Əhməd Məhəmməd (EGY) 0:3
1/8 final - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 3:1
Təsnifat - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:1

72 kq

Bürünc medal görüşü - Rəsul Çunayev - Abuiazid Mantsiqov (RUS) 4:3
1/2 final - Rəsul Çunayev - Frank Stebler (GER) 1:9
1/4 final - Rəsul Çunayev - Məhəmmədəli Abdulhəmid Gerayi (İRİ) 6:4
1/8 final - Rəsul Çunayev - Tomohiro İnoe (JPN) 3:1

82 kq

1/4 final - Rafiq Hüseynov - Səid Murad Abdvali (İRİ) 0:3
1/8 final - Rafiq Hüseynov - Daniel Tihomirov Aleksandrov (BUL) 4:3

Digər xəbərlər