"Vorskla"nın baş məşqçisi Saçkonun azərbaycanlı futbolçularla şirin söhbəti – Video

"Vorskla"nın baş məşqçisi Saçkonun azərbaycanlı futbolçularla şirin söhbəti – Video
Futbol, Eksklüziv, Video
24 Oktyabr 2018 - 20:27
Supersport.Az Avroliqada “Qarabağ”la oyun üçün ölkəmizə gələn “Vorskla”nın baş məşqçisi Vasili Saçkonun Bakıda azərbaycanlı futbolçularla şirin söhbətini videogörüntüyə alıb.



Uzun illər Saçkoyla “Volın”ın formasını geymiş komanda yoldaşları Fərrux İsmayılov, Tərlan Əhmədov, Cahangir Həsənzadə Bakı Olimpiya Stadionunda görüşə gəlib, ötən günləri xatırlayıblar. Onlar söhbətin davamını oteldə davam etdirməyə qərar veriblər.

2002-04-cü illərdə bu komandanın formasını geyən həmvətənimiz Samir Əliyev və Kamal Quliyev nədənsə Vasili Saçkonu görməyə gəlməyib. Buna baxmayaraq, sabiq futbolçuların oteldə görüşəcəyi gözlənilir.

Xatırladaq ki, Samir 2 il ərzində “Volın”da 33 oyuna 11 qol vuraraq komandanın ulduzuna çevrilmişdi. Kamal 2002-04-də 39 matça çıxmışdı: 1 qol. 2003-04-də Lutsk klubunda 22 dəfə forma geyən Tərlandan fərqli, Fərrux 11 matç oynayıb 1 qol vurmuşdu. Saçko isə 2001-06-cı illərdə 148 dəfə “Volın” formasını geyib və 57 qol vurub.

Digər xəbərlər