Rafael Ağayevə "Grand winners" mükafatı verildi

Rafael Ağayevə "Grand winners" mükafatı verildi
Karate, Digər
17 Oktyabr 2018 - 22:59
Supersport.Az-ın məlumatına görə, Azərbaycan idmançıları Tokioda Karate1 Premyer Liqa seriyasından ilin son turnirində müəyyən səbəblərdən uğur əldə edə bilməyiblər.

Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici çıxışlara, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafat uğrunda həlledici görüşə qatılsa da, zədə alan F.Fərzəliyev və A.Qurbanlı mükafatçılar sırasına düşə bilməyib. Ayxan Mamayev (-84 kq) isə üçüncü görüşdə ciddi zədələnərək məğlubiyyətə məcbur olub. Şahin Atamov (+84 kq) hakim səhfi üzündən məğlub olub.

Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara "Grand winners" mükafatı təqdim olunub. Milli komandanın üzvlərindən daha uğurlu mövsüm keçirən Rafael Ağayev (-75 kq) bu mükafata layiq görülüb. Dünya Karate Federasiyasının Karate1 seriyasından yarışda 70 ölkədən 630 idmançı iştirak edib.

Federasiyanın prezidenti, Dünya Karate Federasiyası (WKF) texniki komitəsinin üzvü Yaşar Bəşirov turnirin mükafatlandırma mərasimində iştirak edib. Təşkilatçı tərəfindən yarışı idarə etməyə dəvət olunan 20 hakim arasında federasiyanın Hakimlər komitəsinin sədri və beynəlxalq hakim Cahangir Babayevə (digəri beynəlxalq hakim Vüqar Kərimov) mötəbər turnirin final mərhələsini idarə etmək həvalə olunub.

16 oktyabr tarixində Bakıya dönən milli komanda dünya çempionatına hazırlığı davam etdirir.

Digər xəbərlər