"Qarabağ"dan Qaraya maraqlı təbrik

"Qarabağ"dan Qaraya maraqlı təbrik
Futbol
12 Oktyabr 2018 - 18:07
Bu gün millimizin və "Qarabağ"ın futbolçusu Qara Qarayevin doğum günüdür.

Supersport.Az xəbər verir ki, milli futbolçunun 26 yaşı tamam olur. Onun çıxış etdiyi klubu futbolçunu fərqli tərzdə təbrik edib.

"Qarabağ" klubunun rəsmi "Facebook" səhifəsi Q.Qarayevi qapıçı forması və əlcəyi ilə təsvir edərək, təbrik paylaşımı edib. Görünür, buna səbəb dünən millinin Farer adaları ilə görüşündə Q.Qarayevin topu iki dəfə qapı xəttindən çıxartması olub.
Qeyd edək ki, millimiz həmin oyunda 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

Digər xəbərlər