Məsut Özil qələbəni qeyd etdi - Foto

Məsut Özil qələbəni qeyd etdi - Foto
Futbol, Foto
02 Oktyabr 2018 - 00:10
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 7-ci turunda "Uotford"u iki qolla məğlub edən "Arsenal"ın heyətində bir dəfə fərqlənən türk əsilli oyunçusu Məsut Özil qələbəni qeyd edib.

Futbolçu Londonda Golders Green-də məşhur "Likya Türk" restoranında xüsusi hazırlanan yeməkdən faydalanıb.

Məsut Özil restoranın sahibi Hasan Dolanbayla dostluq edir.

29 yaşlı futbolçu, çempionatın 7 turunda 3 qol vurub.

Oktyabrın 4-də Avroliqanin qrup mərhələsinin ikinci turunda Bakı Olimpiya Stadionunda "Qarabağ"la qarşılaşacaq "Arsenal" matçdan bir gün əvvəl ölkəmizə gələcək.

 

Digər xəbərlər