Ramilin ilin atleti olmaq şansı

Ramilin ilin atleti olmaq şansı
Atletika, Digər
24 Sentyabr 2018 - 20:32
Supersport.Az-ın xəbərinə görə, Türkiyəyə uğurlar qazandıran Azərbaycan əsilli idmançı Ramil Quliyev "İlin kişi atleti" mükafatına namizəd olub.

Türkiyə Ateltika Federasiyası belə məlumat yayıb.

R.Quliyev bu il Almaniyanın paytaxtı Berlində yarışda Avropa çempionu olub.

Sosial mediadan həyata keçiriləcək səsvermə prosesi oktyabrın 5-dək davam edəcək.

Oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində baş tutacaq Avropa Atletika Birliyi Qalasında qaliblərin adı açıqlanacaq.

Həmvətənimiz ötən il "Avropada ilin atleti" mükafatına namizəd olmuşdu.

Digər xəbərlər