Araz Abdullayev: "Klubla danışdıq ki, müqaviləni pozaq" - Video

Araz Abdullayev: "Klubla danışdıq ki, müqaviləni pozaq" - Video
Futbol, Video
15 Sentyabr 2018 - 16:30
"Qarabağ"ın "Panionios"dan icarəyə götürdüyü Araz Abdullayev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.


Supersport.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi öncə debütü barədə danışıb:

- "Qarabağ"da rəsmi debütünü reallaşdırdın. Oyunla bağlı fikirlərin necədir?

- Vacib oyun idi. "Sportinq"lə səfər görüşünə yaxşı motivasiya ilə yollanmaq üçün qalib gəlmək istəyirdik. Bir müddət idi ki, futbol oynamırdım. Düzdü, bir az ağır oldu. Oyundan-oyuna çalışacam ki, daha yaxşı olsun.

- "Panionios"la müqavilə imzalayandan sonra nə üçün orada qalmadın?

- Məşqə çıxdıq. Klubla danışdıq ki, müqaviləni pozmaq lazımdır. Bunu açıqlamaq istəmirəm.

- "Mattersburq"a keçidin niyə alınmadı?

- Klublar arasında olan danışıqlar idi. Mən oyunçuyam.

- Düşünmürsən ki, "Panionios"da qalaraq, Super Liqada oynamaq daha yaxşı olardı?

- İndiki vəziyyətdə "Qarabağ"a gəldiyim üçün şadam. "Qarabağ" Azərbaycanın böyük klubudur. Çalışacam ki, karyeramı daha da inkişaf etdirim.

- Başqa məşqçilərin altında intizamsızlığınla seçilirdin. İctimaiyyətdə belə fikir formalaşıb ki, Qurban Qurbanovun rəhbərliyi altında əl-qolunu çırmalayıb futbolunu oynayacaqsan və başqa Araz olacaqsan.

- Əlbəttə, Qurban Qurbanov amili var. Məşqçi və oyunçuların ustalıq keyfiyyətləri yüksəkdir. Belə şəraitdə oynamaq futbolçunun karyerası üçün də xeyirlidir.

- Legioner karyeran parlaq alınmadı. Nə üçün azərbaycanlı futbolçular xaricə yollandıqdan 6 ay sonra qucağımıza dönürlər?

- Mən elə fikirləşmirəm. Məndə normal getdi. Çalışırdım ki, Azərbaycanı yaxşı təmsil edim. Hər şey qaydasında idi. Pis alınmırdı. Klublar arasında deyəsən, maddi məsələdə razılıq əldə edilmədi.

- Gənc yaşlarından sənə etimad böyük olub. Çünki istedadın göz önündədir. Amma stabil şəkildə oynamamısan. Düşünmürsən ki, "Qarabağ" sənin üçün son addımdır?

- "Qarabağ"da hər oyunçu şans gözləyir. Ola bilər ki, bir oyun zəif oynayarsan, digəri sənin mövqeyini ələ keçirəcək. Yəni, rəqabət varsa, inkişaf var. Mən rəqabətdən çəkinən futbolçu olmamışam. Çalışıram ki, oyunla bunu sübut edim. Danışmağı xoşlamıram.

- "Sportinq"lə oyunda "Qarabağ"ın şansını necə dəyərləndirirsən?

- Çətin qrupa düşmüşük. "Sportinq"lə oyundan öncə bu matçı düşünürük. Birinci olmaq üçün evdəki bütün oyunları udmaq lazımdır. Xalq "Qarabağ"dan həmişə yaxşı nəticələr gözləyir. Biz də çalışacağıq ki, onları sevindirək.

- Milli komandamızın vacib üzvüsən. Sənin yoxluğunda Kosovo və Maltanı millimiz məğlub edə bilmədi. Komandada nə çatışmadı?

- Komandanın baş məşçisi var. Ondan soruşarsınız. Özüm istərdim ki, tam formada olub, komandaya kömək olum. Bunun üçün meydanda yaxşı oynayıb, yığmaya dəvət almaq lazımdır.

Digər xəbərlər