"Qəbələ"nin keçmiş baş məşqçisi yoxa çıxıb

"Qəbələ"nin keçmiş baş məşqçisi yoxa çıxıb
Futbol
15 Sentyabr 2018 - 10:34
Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra "Astana" klubu baş məşqçi Roman Qriqorçukla yolları ayırıb.

Avqustun ortalarında klub ukraynalı mütəxəssisin ailə vəziyyətiylə bağlı komandadan müvəqqəti getməsi xəbərini yaymışdı.

Supersport.Az-ın məlumatına görə, bir ay keçsə də, "Qəbələ"nin keçmiş baş məşqçisi Qriqorçuk "Astana"nın düşərgəsinə qayıtmayıb. Bu fakt onu göstərir ki, baş məşqçi istefaya göndərilib. Qazaxıstan klubunu oyunlara keçmiş baş məşqçinin köməkçisi Qriqori Babayan hazılayır. "Astana" mürəkkəb vəziyyət haqda açıqlama verməsə də, böyük ehtimalla Kiyevə Avroliqanın qrup oyununa da baş məşqçisiz gedəcək.

Məlumat üçün bildirək ki, "Dinamo" - "Astana" qarşılaşması sentyabrın 20-də keçiriləcək.

Digər xəbərlər