"Qarabağ"ın 12 futbolçusu 6 milli komandada

"Qarabağ"ın 12 futbolçusu 6 milli komandada
Futbol
06 Sentyabr 2018 - 10:39
"Qarabağ"ın 12 futbolçusu 6 milli komandaya dəvət olunub.

Supersport.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Bu oyunçular bütün mövqelər üzrədir. Qapıçı Şahrudin Məhəmmədəliyev, mərkəz müdafiəçiləri Bədavi Hüseynov və Rahil Məmmədov, sağ cinah müdafiəçisi Maksim Medvedev, dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Coşqun Diniyev və hücumçu Mahir Mədətov UEFA Millətlər Liqasında Kosovo və Malta ilə matçlar üçün Azərbaycan millisinə çağırılıb.

Komandanın daha bir qapıçı Hannes Halldorsson İslandiya, müdafiəçi Ansi Aqolli Albaniya, yarımmüdafiəçilər Simeon Slavçev Bolqarıstan, Donald Gerrye Haiti,  hücumçu Con Delarj  Konqo millisinə dəvət alıb.

Digər xəbərlər