"Qarabağ"ın ermənilər üzərində qələbəsi - Video

"Qarabağ"ın ermənilər üzərində qələbəsi - Video
Futbol, Eksklüziv, Tribuna, Video
01 Sentyabr 2018 - 09:40
Azərbaycanın altıqat çempionu "Qarabağ"ın Avropada meydan sulaması ölkəmizin təbliğində mühüm rol oynayır. Hətta xüsusi olaraq qeyd edək ki, heç bir siyasətçimizin edə bilmədiyi işi bu klub görməkdə davam edir.

Supersport.Az-ın məlumatına görə, son 5 mövsüm avrokubokların qrup mərhələsinə vəsiqəylə Azərbaycanın ən güclü futbol klubu Ermənistan üzərində də qələbə qazanıb. Məsələ burasındadır ki, "Qarabağ" hər dəfə Avropada nəzərəçarpacaq uğur əldə etdikdə düşmən ölkənin mətbuatı bu komandanın adını qeyd etmək məcburiyyətində qalır. Bununla ermənilər Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edirlər.

"Qarabağ" Futbol Klubu indiyə qədər bir dəfə Çempionlar Liqası, dörd dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirakla ölkəmizin nüfuzunun artmasına böyük fayda verib.

Azərbaycan torpaqlarına həmişə hücum edən, soyqırımı siyasəti aparan, mənfur əməllərini davam etdirən Ermənistan 27 ildir ki, Qarabağı və bəzi rayonlarımızı işğal altında saxlayır. Çox təəssüf ki, ölkəmizin düşməni məhv edərək vətəni azad etmək cəhdləri fayda vermir. Dünyada güclü ölkələrin ikiüzlü siyasəti, haqsız qərarları, terrorçu ölkələrə dəstək verməsi Azərbaycanın Qarabağı işğaldan azad etmək istəyinə mane olur.

"Qarabağ"ın Avropa yarışlarında möhtəşəm çıxışı dünyaya, ermənilərə ən güclü mesaj və təsir vasitəsidir. Hər dəfə ölkə çempionumuz qrup mərhələsinə düşdükdə planetin nüfuzlu Kütləvi İnformasiya Vasitələri Azərbaycan klubunun uğurlarına yer verməli olur.

Əlbəttə ki, zəfərlərin qazanılmasında klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanovla komandasının böyük əməyi var.

Qarabağ komandasının bu günlərdə 5-ci dəfə avrokubokun qrupuna vəsiqə qazanmasının ardından növbəti dəfə erməni mətbuatı Azərbaycanın "Qarabağ" klubunun Avropa Liqasında mübarizəni davam etdirəcəyinə yer vermək məcburiyyətində qaldı.

Ermənistanın internet saytlarına nəzər yetirdikdə bunu görmək mümkündür.

"Avropa Liqasının qrupunda "Arsenal" "Qarabağ"la qarşılaşacaq" başlığı ilə "sport.news.am" saytında yer alan xəbərdə "E" qrupunda London "Arsenal"ının Lissabon "Sportinq"i, Ukrayna "Vorskla"sı və Azərbaycan təmsilçisi "Qarabağ"ın mübarizə aparacağı qeyd olunub.

İngiltərə klubunda çıxış edən Henrix Mxitaryan ölkəmizə gətirilməyə bilər.

Bundan başqa, "panarmenian.net"də İngiltərə "Arsenal"ının Azərbaycanın "Qarabağ" klubuyla eyni qrupda yarışacağı haqda məlumat verilib.

Digər sayt "armfootball.com"da "Arsenal" "Qarabağ"a qarşı" başlıqlı xəbər verilib.

Anar Cəfərsoy

Digər xəbərlər