Ramil Quliyevin yeni uğuru

Ramil Quliyevin yeni uğuru
Atletika, Digər
01 Sentyabr 2018 - 06:51
Supersport.Az-ın məlumatına görə, Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı idmançı Ramil Quliyev növbəti dəfə medal qazanıb.

Ramil Quliyev İsveçrədə keçirilən və "Almaz Liqası"nın iki finalından biri olan "Sürix Weiltklasse" atletika yarışında 200 metr məsafəni 19,98 saniyəyə qət edərək gümüş medala layiq görülüb. Bu yarışın qalibi məsafəni 19,67 saniyəyə qət edən amerikalı Noah Layls olub.

Xatırladaq ki, Ramil Quliyev ötən ilin avqustunda Londonda 200 metr məsafəyə qaçış yarışında finişə 20,09 saniyəyə çataraq dünya, bu ilin avqustunda isə Berlində 100 metri 19.76 san. qaçaraq Avropa çempionu adını qazanıb.

 

Digər xəbərlər