"Qarabağ"a rəqib yenə "Şerif" oldu

"Qarabağ"a rəqib yenə "Şerif" oldu
Futbol
17 Avqust 2018 - 00:50
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsi başa çatıb.

Supersport.Az xəbər verir ki, keçiriləcək 36 qarşılaşma ilə pley-off mərhələsinə yüksələn komandalar məlum olub.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq turnirlə vidalaşan "Qarabağ"ın da Avroliqanınn pley-off-undakı rəqibi müəyyənləşir.

Azərbaycan təmsilçisi "Valür" (İslandiya) - "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Moldovada keçirilən ilk görüşdə meydan sahibi klub 1:0 hesablı qələbə qazanıb. Bu dəfə isə komandalar İslandiyada üz-üzə gəlib. "Şerif" səfərdə 2:1 hesablı məğlub olsa da, qol vurduğu üçün adını pley-off mərhələsinə yazdırıb. Bu raundda Azərbaycan təmsilçisi Moldova klubuyla qarşılaşacaq. Ötən mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" "Şerif"i mübarizədən kənarlaşdırıb: 0:0, 2:1.

Avropa Liqası: 3-cü təsnifat mərhələsi, cavab oyunu

16 avqust

23:00 Valür (İslandiya) - Şerif (Moldova) 2-1                (İlk oyun 0:1)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

 

Digər xəbərlər