Eksklüziv - “Qarabağ” milyonlar itirdi

Eksklüziv - “Qarabağ” milyonlar itirdi
Futbol, Eksklüziv
15 Avqust 2018 - 06:55
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində BATE qarşısında aciz qalan “Qarabağ”ın mübarizəni dayandırması kluba ziyan vurub.

İlk üç raundda iştirak üçün müvafiq olaraq 280, 380, 480 min - ümumilikdə 1 milyon 140 min avro qazanan Azərbaycan çempionu, Avroliqanın pley-off mərhələsində yarışacağından 300 min avro əldə edəcək.

BATE-yə gəlincə, iki raundda 860 min qazanıb və minimum 7.62 milyon avronu təmin edib.

Çempionlar Liqasının pley-offunda Belarus çempionu Niderlandın PSV klubunu keçə bilməsə, UEFA-dan 5 milyon, həmçinin Avroliqanın  qrup turnirində iştirak üçün 2.62 milyon avro qazanacaq.

BATE Çempionlar Liqasının qrupuna düşsə, 15.25 milyon avro  - bonuslar nəzərə alınmasa (qələbə 2,7 milyon, heç-heçə 900 min avro) gəlirə sahib çıxacaq.

 

 

Digər xəbərlər