"Qarabağ"ın prezidenti BATE-ni kənarlaşdıracaqlarına inanır

"Qarabağ"ın prezidenti BATE-ni kənarlaşdıracaqlarına inanır
Futbol
12 Avqust 2018 - 01:08
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-ylə səfər oyunu ərəfəsində "Qarabağ"ın prezidenti Abdolbari Goozal komandanı ziyarət edib.

Klubun bazasına gələn Abdolbari bəy ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Daha sonra Goozal bəy futbolçularla görüşüb. BATE-ylə son qarşılaşmaya toxunan klub prezidenti, məğlubiyyətə baxmayaraq komandaya inandığını, xüsusilə ikinci hissədə oyundan məmnun qaldığını bildirib. Komandanın uzun illər Qurban Qurbanovla sabit çıxış etdiyiniı Abdolbari bəy, "Qarabağ"ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu vurğulayıb. Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini qeyd edərək "Qarabağ"ın uğurlarını sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb. Baş məşqçi, komandaya inamını nümayiş etdirən prezident Belarusda müvəfəqiyyət qazanılacağına inandığını vurğulayıb. Sonda Abdolbari Goozal komandaya uğurlar arzulayıb.

Digər xəbərlər