"Qarabağ"ın potensial rəqibi Niderland klubu oldu

"Qarabağ"ın potensial rəqibi Niderland klubu oldu
Futbol
06 Avqust 2018 - 14:25
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkündə Azərbaycanı təmsil edən "Qarabağ"ın püşk nəticəsində potensial rəqibi məlum olub.

Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdırsa, Niderlandın PSV klubu ilə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

Pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar Yolu

Srvena Zvezda (Serbiya) / Spartak (Trnava, Slovakiya) cütünün qalibi - Zalsburq (Avstriya) / Şkendiya (Makedoniya) cütünün qalibi
Qarabağ (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Niderland)
Yanq Boyz (İsveçrə) - Astana (Qazaxıstan) / Dinamo (Zaqreb, Xorvatiya)
Malmö (İsveç) / Videoton (Macarıstan) cütünün qalibi - Seltik (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

Liqa Yolu

Benfika (Portuqaliya) / Fənərbağça (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / Spartak (Moskva, Rusiya) cütünün qalibi
Slaviya (Praqa, Çexiya) / Dinamo (Kiyev, Ukrayna) cütünün qalibi - Standard (Belçika) / Ayaks (Niderland) cütünün qalibi

Digər xəbərlər