"Fənərbağça"nın prezidenti Ramil Quliyevlə fəxr edir

"Fənərbağça"nın prezidenti Ramil Quliyevlə fəxr edir
Atletika, Digər
03 Avqust 2018 - 19:50
Supersport.Az-ın məlumatına görə, "Fənərbağça"nın prezidenti Ali Koç Türkiyəni təmsil edən azərbaycanlı dünya çempionu Ramil Quliyev haqda müsbət fikirlər bildirib.

Klub rəhbəri, "Fənərbağça dərgisi"nin 186 saylı avqust tarixli nömrəsində baş yazını qələmə alıb.

A.Koç R.Quliyevlə fəxr etdiklərini vurğulayıb:

"Dünya çempionu atletimiz Ramil Quliyev bizi qururlandırmağa davam edir. İyunda Oslo və Stokholmda birinci olan idmançımız, iyulda da "Almaz Liqa"nın (Diamond League) Monako mərhələsində 19.99 saniyə nəticəylə 200 metrə qaçışda ikinci olmağı bacardı. Üç yarışda da uğur qazanan Quliyevi təbrik edir, həm "Fənərbağça", həm də Türk bayrağını atletikanın zirvəsində daşımağa davam etməsini diləyirəm".

Digər xəbərlər