Eksklüziv: "Qarabağ" milyonlar qazandı

Eksklüziv: "Qarabağ" milyonlar qazandı
Futbol, Eksklüziv
02 Avqust 2018 - 11:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında təmsilçimiz “Qarabağ”ın uğurları sıralaması qazancını artırıb.

UEFA birinci təsnifat mərhələsində iştirak üçün Azərbaycan çempionuna 280 min (555 min 184 manat), ikinci raunda vəsiqə əldə etdiyinə görə 380 min avro (753 min 464 manat), üçüncü mərhələyə adladığından 480 min avro (950 min 496 manat) ödəyir.

“Qarabağ” hələ ki, 1 milyon 140 min avro (2 milyon 257 min 428 manat) qazanıb.

Azərbaycan klubu ilkin mərhələdə Sloveniya çempionu “Olimpiya”nı (1:0, 0:0), ikinci raundda Albaniya birincisi "Kukesi"ni (0:0, 3:0) yarışdan kənarlaşdırıb.

Digər xəbərlər