"Zirə" "Osmanlıspor"u məğlub etdi

"Zirə" "Osmanlıspor"u məğlub etdi
Futbol
28 İyul 2018 - 13:28
Supersport.Az-ın məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununda birinci liqa təmsilçisi "Osmanlıspor"u məğlub edib.

Azərbaycan klubu 1:0 hesabıyla qalib gəlib.

Qeyd edək ki, "Zirə" Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama matçında Qətərin "Əl-Xaritiyah" klubu ilə qollu heç-heçə edib, ikinci görüşündə isə "Giresunspor"la qolsuz bərabərə qalıb.

Digər xəbərlər