Tərlan Əhmədov yenidən baş məşqçi təyin oluna bilər

Tərlan Əhmədov yenidən baş məşqçi təyin oluna bilər
Futbol, Eksklüziv
23 İyul 2018 - 09:21
"Neftçi"yə çempionatda üçüncü yer qazandırmasına baxmayaraq yola salınan Tərlan Əhmədovun premyer liqanın başqa klubunu çalışdıracağı haqda məlumat almışıq.

Supersport.Az-a daxil olan xəbərə görə, mütəxəssis Avroliqanın birinci təsnifat mərhələsində mübarizəni dayandıran "Keşlə"yə baş məşqçi təyin oluna bilər. Ötən mövsüm paytaxt klubuna ölkə kubokunu qazandıran məşqçi Yuri Maksimov qitə turnirinin ilk oyunundan sonra istefaya göndərilib. Maltada "Baltsan"ın "Keşlə"yə 4:1 hesabıyla futbol dərsi keçməsinin ardından rəhbərlik, ukraynalı çalışdırıcını yola salmağa qərar vermişdi. Azərbaycan klubunu Bakıda keçirilən cavab oyununa çalışdırıcı Zaur İsmayılov çıxarmışdı. "Keşlə"nin evdə "Baltsan"ı 2:1 hesabıyla məğlub etməsi mərhələ keçmək üçün yetərli olmadığından klub birinci raunddaca mübarizədən kənarlaşdı.

Yaxın günlərdə Tərlan Əhmədovun Bakı komandasına baş məşqçi gətiriləcəyi gözlənilir.

Digər xəbərlər