100 minlər itirdi - "Neftçi", "Keşlə", "Qəbələ"...

100 minlər itirdi - "Neftçi", "Keşlə", "Qəbələ"...
Futbol, Eksklüziv
22 İyul 2018 - 00:51
Supersport.Az-a Avropa Liqasının birinci təsnifat mərhələsində fiaskoya uğrayan təmsilçilərimizin maddi itkisi məlum olub.

"Qəbələ", "Keşlə", "Neftçi" ilkin raundda iştiraka görə UEFA-dan 240 min avro qazanıb. Lakin hər üç klub bərbad çıxışı səbəbindən mübarizəni dayandırdığından ikinci mərhələ üçün verilməli olan 260 min avronu itirməli olub.

"Uypeşt"i ilk oyunda 3:1 hesabıyla məğlub edən "Neftçi", Macarıstanda 4 qolla rüsvay edilib.

"Qəbələ" öz meydanında Lüksemburqun "Proqres" klubu qarşısında 0:2 hesabıyla aciz qaldıqdan sonra səfərdə 1 qolla qalib gəlsə də, bunun faydası olmayıb.

Maltada "Baltsan"a 1:4 hesabıyla uduzan "Keşlə" isə evdə 2:1 qələbə qazansa da, mübarizədən kənarlaşıb.

 

Digər xəbərlər