Ramil Quliyev dünyada ikinci pillədə

Ramil Quliyev dünyada ikinci pillədə
Atletika, Digər
21 İyul 2018 - 14:43
Supersport.Az-ın məlumatına görə, dünya çempionu Ramil Quliyev daha bir uğur qazanıb.

Türkiyəni təmsil edən azərbaycanlı atlet "Brilliant Liqa"nın Monakoda keçirilən mərhələsində 200 metr məsafəni 19.99 saniyəyə qət edərək, ikinci olub. İlk sırada Noah Lils (19.65) qərarlaşıb.

Ekvadorlu Aleks Qunones, 20.03 nəticəylə üçüncü yeri tutub.

Qeyd edək ki, Ramil Oslo və Stokholmda 200 metrdə birinci olub. Ümumi siyahıda dünyada ilk sırada 32 xalla Noahdır. Ramil 31 xalla ikincidir.

 

Digər xəbərlər