"Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi

"Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi
Futbol
18 İyul 2018 - 07:58
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsindəki rəqibi məlum olub.

Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniya çempionu "Olimpiya"nı mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə Albaniyanın "Kukesi" komandası ilə qarşılaşacaq.

Millimizin sabiq forvardı, hazırda "Qəbələ"də çıxış edən Rauf Əliyevin ötən mövsüm formasını geyindiyi bu kollektiv 1-ci təsnifat mərhələsində Maltanın "Valleta" klubunu mübarizədən kənarlaşdırıb. Komandalar arasında Albaniyada keçirilmiş ilk oyunda hesab açılmamışdı - 0:0. Elə Maltadakı oyunda da qalib müəyyənləşməyib - 1:1. Lakin "Kukesi" səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsindəki rəqibi "Olimpiya"nı səfərdə 1:0 hesabıyla məğlub edib. Ağdam klubu Lyublyana təmsilçisi ilə cavab matçını bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Digər xəbərlər