"Qarabağ"la çox çətin oyun olacaq"

"Qarabağ"la çox çətin oyun olacaq"
Futbol
10 İyul 2018 - 21:45
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ı qəbul edəcək "Olimpiya"nın baş məşqçisi İliya Stolitsa mətbuat konfransında qarşılaşmanın çox çətin olacağını bildirib.

Serbiyalı mütəxəssis rəqibi öyrənməyə çalıdıqlarını söyləyib:

"Rəqibimizi öyrənmək üçün kifayət qədər vaxtımız oldu. "Qarabağ"ın heyətində dəyişikliklər olduğundan xəbərimiz var. Azərbaycan təmsilçisi yüksək səviyyədə təşkilatlanmış komandadır. Bu komandanın Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi də təsadüf deyil. Bizi "Qarabağ"la çox çətin oyun gözləyir".

Lyublyananın "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Digər xəbərlər