İbrahim Şehiç "Qarabağ"a qayıtdı: "Ürəyim bu komandayla döyünəcək" - Video

İbrahim Şehiç "Qarabağ"a qayıtdı: "Ürəyim bu komandayla döyünəcək" - Video
Futbol, Video, Foto
28 İyun 2018 - 00:27
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın düşərgəsində xoş sürpriz baş verib. Komandadan ayrılan İbrahim Şehiç məşqə gələrək, futbolçu və məşqçi heyətiylə görüşüb. Şehiç bu haqda fikirlərini klubun saytına bildirib:

"Qarabağ" mənim ailəmdir, çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxlarıyla görüşə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bilirdim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman "Qarabağ"ı dəstəkləyəcəm, ürəyim bu komandayla döyünəcək".

Digər xəbərlər