Mançini rəsmən İtaliya millisində

Mançini rəsmən İtaliya millisində
Futbol
15 May 2018 - 11:00
Roberto Mançininin İtaliya millisinə baş məşqçi təyinatı rəsmiləşib.


Supersport.Az-ın xəbərinə görə, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Mançini federasiya ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmasa da, daha əvvəl Mançinin 2 illik müqavilə imzalyacağı və ilinə 2 milyon avro qazanacağı haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”in baş məşqçisi olub.

Digər xəbərlər