Roje Federer yenidən zirvədə

Roje Federer yenidən zirvədə
Tennis, Digər
14 May 2018 - 21:50
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) rəsmi saytında yerləşdirilən yeni reytinq cədvəlində isveçrəli Rocer Federer birinci yeri tutub. O, tennis Olimpində rəqibi olan ispaniyalı Rafael Nadalı əvəz edib.

Supersport.Az xəbər verir ki, ötən həftənin yekunlarına görə, Nadal Madrid Açıq Çempionatında titulunu qoruya bilməyib və itirilmiş xallar nəticəsində reytinq cədvəlindəki birinci pillədən məhrum olub.

Qadın Tennis Assosiasiyasının (WTA) reytinq cədvəlində isə Rumıniya idmançısı Simona Halep birinciliyi əlində saxlayır. Danimarkalı Karolin Voznyaki və ispaniyalı Qarbinye Muqurusa sonrakı yerləri tuturlar.

Digər xəbərlər